Bəzən soyuq qış axşamlarında isti çay hazırlayıb, rahat kresloda əyləşib həmin axşam seyr etmək üçün bir film seçirik. Artıq uzun müddətdir ekranlarımızda qorxulu filmlər nümayiş olunur: zombi, vampir, ruhi xəstə insanlar haqqında və sair. Amma ən maraqlısı budur ki, məhz bu janrda filmlərin öz həvəskar auditoriyası var. Ekranda birdən peyda olan qorxudan uydurma simalar, gözlənilməz səslərə tamaşa edəndə diksinsək də, bir müddət gözlərimizi bağlayıb, baş verən dəhşətin təsirindən donub qalırıq. Amma bununla belə, böyük maraq filmin sonuna qədər baxmağa vadar edir.

Müəyyən gərginliyin təsirindən vaxtaşırı filmdən bəzi şüarları ifadə edirik. Məsələn: "Oraya getmə, səni yeyəcəklər!"

Belədirsə, niyə bəzən melodram və komediya filmlərinə deyil, qorxu filmlərinə üstünlük veririk?
Sanki bütün süjeti əvvəlcədən bilirik: Hər şey yaxşı başlayır- optimist və müsbət 5-10 dəqiqədən sonra isə sona qədər davam edən cəhənnəm başlayır, yalnız bir qəhrəman tək qalır və ya problemlərin həllini tapır.
Sorğu nəticəsində məlum olub ki, bəzi insanları sırf maraq bu tip filmlərə cəlb edir. Parlaq təsvirli, yeni, qorxulu filmlərin premyerası təqdim olunur - budur, növbəti auditoriyanın diqqətini çəkir, reklamları çıxır və bir çoxu kompüterində yeni filmin "Google"da axtarışına başlayır.

Digərləri isə karyeralarını bəyəndikləri və sevdikləri aktyorların heç bir filmini ötürmürlər, hətta ən qorxulu film olsa da seyr edirlər.

Üçüncü kateqoriyaya daxil olanlar isə naməlum, gözəgörünməz varlıqlara maraq göstərirlər. Sadə desək - mistika. Tamaşaçıların təlabatını ödəyən bir sıra mistik film materialları var.
Kimlər isə adrenalinə ehtiyac duyurlar. Bu tip xarakterli insanlar eyni gərginliyi - qəribə və qorxulu səsləri tədbirlərdə də etməyi xoşlayırlar. Həmin emosiyanı onlar filmlərdə də axtarırlar. Emosional stress azarkeşləri üçün 3D qorxulu filmləri artıq təşkil edilir. Bu, yeni texnologiyalar sayəsində tamaşaçılar özünü baş qəhrəmanın yerində hiss edirlər.

Bu janr haqqında münasibət bildirən insanlar arasında belə bir fikrdə olanlar da var idi ki, onlar cansıxıcılıq və ya əhval-ruhiyyədən asılı olaraq seyr edirlər.
Sitat: "Sadəcə seçim yox idi. Məni maraqlandıran bütün yaxşı və maraqlı filmlərə artıq çoxdan baxmışdım, buna görə bəzən sinirlərimə təsir edən film seyr etmək istəyirəm". Sorğuda iştirak edənlərdən, kiçik yaşda olan sadəlövh uşaqlar isə xoşbəxt sonluq xatirinə izlədiklərini deyirlər. Çünki onların fikrinə görə həyatda hər şey daha pis ola bilər, amma filmdə belə deyil.

Bu cür filmlərin insanlarda müxtəlif psixoloji təsirləri haqqında, psixoterapevtlər bildirirlər: "Film heç bir normal insanı cinayətkar və ya manyaka çevirə bilməz. Əgər belə bir problemi olan insan olsaydı, onu başqa bir şey bu növ psixoloji addımları atmağa sövq edərdi". Yalnız bir nəticə vardır: Bizim cəmiyyət üçün müxtəlif janr kinolara ehtiyac var, qorxulu filmlər də istisna deyil. Göründüyü kimi hər kəs seyr edərkən ona lazım olanı qəbul edir: cansıxıcılıq, emosional gərginlik və ya sadəcə olaraq marağını təmin etmək.

Bütün xəbərlər Facebook səhifəmizdə