Orban Rusiya neftindən İmtina edir...

Macarıstan Xorvatiyaya üz tutur...

...ABŞ-ın Rusiya yanacağına qarşı sanksiyaları Macarıstanı çətin vəziyyətə salır. Budapeştin müqavimətinə baxmayaraq, o, uzun müddətdir münasibətləri gərgin olan qonşusu Xorvatiyadan Rusiya neftinə alternativ axtarmalı olacaq.

SİA-nın məlumatına görə, bu barədə Politico yazır.

Macarıstanın Baş naziri Viktor Orban üç ildir ki, Rusiya neftindən imtina etməyin ölkənin enerji təhlükəsizliyini təhdid etdiyini iddia edir.

Lakin ABŞ-ın yeni sanksiyaları və Rusiya neftinə qarşı yaxınlaşan AB tarifləri əsas təchizat kanallarını kəsməklə hədələyir.

...Orban Rusiya neftindən imtina etməmək üçün əlindən gələni edib. Amma indi o, alternativ tapmalı olacaq.

Bunu "Political Capital" beyin mərkəzinin direktoru Peter Kreko bildirib.

Macarıstanın əsas seçimi Xorvatiyadan keçən Adria boru kəməridir.

Lakin Budapeşt Xorvatiyanın tranzit haqlarının həddindən artıq yüksək olduğunu və boru kəmərinin tutumunun məhdud olduğunu iddia edir.

Zaqreb bu ittihamları "uydurma" adlandırır.

Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar bildirib ki, “...Biz Macarıstanı istənilən vaxt neftlə təmin etməyə hazırıq”.

Ekspertlər qeyd edirlər ki, ucuz Rusiya neftindən imtina ilk növbədə Macarıstan büdcəsinə və MOL-un gəlirlərinə zərbə vuracaq. Analitiklər qiymət fərqinin barel üçün 30 dollara qədər olduğunu təxmin edirlər. Qarşılıqlı ittihamlara baxmayaraq, ölkələr ilin sonunda müddəti bitən Adria müqaviləsinin uzadılması üçün danışıqlar aparırlar. Xorvatiya hətta Avropa Komissiyasından boru kəmərini yenidən sınaqdan keçirmək üçün müşahidəçilər göndərməsini istəyib. ABŞ sanksiyaları 21 noyabrda qüvvəyə minərsə, Macarıstanın başqa çarəsi qalmayacaq.

...Ya biz Avropa İttifaqında qalacağıq, ya da Rusiyanın təcavüzünü dəstəkləyəcəyik, - xorvatiyalı nazir bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə