...Rusiyanın Ukraynaya qarşı müharibəsi ABŞ ordusunun son onilliklərdə apardığı münaqişələrdən kökündən fərqlidir. Xüsusilə, Ukraynadakı döyüşlərin təbiəti Əfqanıstan və İraqdakından fərqlidir.
SİA-nın məlumatına görə, keçmiş ABŞ Dəniz Piyadaları snayperi, veteran və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq Legionunun könüllüsü Metyu Sampson, bunun əsl səngər müharibəsi ilə bağlı ilk təcrübəsi olduğunu, İraq və Əfqanıstanda xidmət etdiyi dövrdə, bəzən döyüşlərin mağaralarda aparıldığı dövrdə heç görmədiyini söyləyib.
...ABŞ ordusunda səngərlərdə ümumiyyətlə məşq etmirik. Buna ən yaxın olan dəhlizlərdə təlimdir, amma adətən qapıları olur. Səngər müharibəsi çox fərqlidir. Bu prosesdə həlak olmamağın ən yaxşı yolu da fərqlidir.
Bunu Sampson etiraf edib.
Amerikalı həmçinin bildirib ki, taktika ilə bağlı müzakirələr tez-tez ABŞ və Ukrayna əsgərləri arasında yaranır, çünki "Ukrayna ordusu hər şeyi ABŞ-dan fərqli edir".
Məsələn, ukraynalılar və xaricilər arasında otağa girmək və düşmənin ərazisini təmizləmək üçün ən yaxşı yolla bağlı mübahisə yaranıb.
...Biz fərqli metodların olduğunu başa düşdük və Ukrayna metodu daha məntiqli idi, çünki döyüş meydanı fərqli idi. Rusların İraq və ya Əfqanıstanda gördüyümüzdən xeyli çox mina atdığını bilirdik. Orada mümkün qədər çox insanın olduğu binaları təmizləməyə çalışdıq. Lakin Ukraynada bunun əksi baş verir, çünki otaqdakı hər şey minalana bilər, - deyə Sampson izah edib.
Veteranın sözlərinə görə, Ukrayna cəbhəsi onun üçün yeni bir döyüş təcrübəsi idi, burada daimi atəş, məhdud resurslar və düşmənin yaxınlığı döyüşü son dərəcə dinamik və gözlənilməz edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB