Uzun illərdən sonra tammetrajlı uşaq filminin istehsalına başlanılıb

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Nərimanfilm” kinostudiyası tərəfindən uzun illərdən sonra tammetrajlı uşaq filminin istehsalına başlanılıb. Bu barədə SİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Akinak. İşquz qılıncı” adlı filminin rejissoru Elxan Cəfərovdur. Filmdə dörd yeniyetmənin Akinak qılıncını əldə etmək üçün keçdikləri çətin yoldan söhbət açılır. Vətənpərvərlik mövzusunda olan filmin çəkilişlərinə 2 aydan çox vaxt sərf olunub.

Ekran əsərinin ssenari müəllifi İlqar Safat, quruluşçu operatoru Ruslan Ağazadə, rəssamı Əziz Məmmədovdur. Filmdə Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Füzulu Hüseynov, Həcər Ağayeva, Rövşən Kərimduxt və Elnar Qarayev də rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə