Bircə bu çatmırdı!

Yapon biznesmənləri gərgin iş prosesindən sonra işlərini artıq tərk etməyə bilərlər. SİA-nın "The Telegraph" qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb yeni kəşf olunan qalstuk-yastıqdır.

"Nemuri tie" (Yuxu üçün qalstuk) adlı yeni qalstuk biznesmənlərin iş geyimlərini pozmadan iş stollarında yatmağa hesablanıb. Qalstuku yastıq eləmək üçün xüsusi cihaz quraşdırılıb.

Qalstuk ipək və xüsusi mikroliflərdən hazırlanıb ki, isti olanda həmişə boyunu sərin saxlasın.

Yeni qalstuk-yastığın qiyməti 30 dollardı.

Bütün xəbərlər Facebook səhifəmizdə