6 kiloqramdan çox olan nəhəng körpə dünyaya gəldi...

Sai-Suu Saaya doğum evindən təzəcə qayıdıb.

Onun üçüncü oğlu Samir dünyaya gəlib.

SİA-nın məlumatına görə, körpənin boyu 60 santimetr, çəkisi isə 6,8 kiloqramdır.

Cəmi 155 santimetr boyu olan xoşbəxt ana deyir ki, onun nəhəng olacağına dair heç bir əlamət yox idi.

Qarnı böyük deyildi - ağır idi, amma başqa bir şey yox idi.

...Qeyd edilməlidir ki, altı kiloqram dörd aylıq körpənin təxmini çəkisidir, amma təzə doğulan körpə onları üstələyir.

Sai-Sunun böyük və ortancıl oğulları da olduqca böyük idi: müvafiq olaraq 4,2 kq və 4,8 kq.

Valideynlər məntiqi olaraq ən kiçik övladlarının daha böyük olacağını güman edirdilər.

...Körpə qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə