...Çinin Jiangsu əyaləti bu yaxınlarda inanılmaz heyvan xilasetmə hekayəsi ilə sosial media istifadəçilərini şoka salıb. Deməli, Jintiao adlı pişik sahibinin paltaryuyan maşınının barabanına girib. Və bundan xəbərsiz olan qadın on dəqiqəlik yuma dövrünə başlayıb.
SİA xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat verib.
Dövrün sonunda sahibi qəribə səslər eşidib və paltarların vəziyyətini yoxlamaq qərarına gəlib.
Maşının qapısı açılanda səsin yaş və qorxmuş pişikdən eşidildiyi məlum olub.
Buna baxmayaraq, pişik bir az qızarmış burnu və pəncələrində kiçik qançırlarla xilas olub.
Sosial media istifadəçiləri təbii ki, buna həvəslə reaksiya veriblər: bəziləri qadını səhlənkarlıqda və heyvanlara qarşı qəddarlıqda günahlandırıb, digərləri isə hər dövrədən əvvəl paltaryuyan maşının məcburi yoxlanılması ideyasını dəstəkləyib.
Sahib özü gələcəkdə daha diqqətli olacağını etiraf edib, lakin pişiyi daxili müayinə üçün baytara aparıb-aparmadığı barədə hələlik şərh verməyib.
Maraqlıdır ki, bu hadisə Çin internet istifadəçiləri arasında tez bir zamanda yayılıb, 217.000-dən çox bəyənmə topladı və geniş müzakirələrə səbəb olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB