Əslində bu məzuniyyəti istənilən ailə üzvü ala bilər...
...Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Belarusda hər yüz ailədən birində valideyn məzuniyyətində olan ata var.
SİA-nın məlumatına görə, Euroradio xəbər verir ki, bununla belə, istənilən ailə üzvü – ana, ata, nənə, baba, bibi və ya dayı bu məzuniyyəti götürə bilər.
BEROC-un akademik direktoru Lev Lvovskinin sözlərinə görə, Belarusda qadınların uşaqla evdə qalmağa məcbur olduğu bir mədəniyyət formalaşıb.
Elə hallar olub ki, işəgötürənlər, sadəcə olaraq, kişinin işi olmadığını iddia edərək, kişiyə valideyn məzuniyyətinə icazə verməkdən imtina ediblər.
Belarusiyada qadınlar daha az qazanır və ailələr rasional olaraq qadını analıq məzuniyyətinə göndərməyə qərar verirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə