Tlayokok mağarasında 500 illik ritual artefaktlar aşkar edilib...

...Meksikada yerli bələdçi 500 il yaşı olduğu güman edilən artefaktlarla rastlaşıb. Düzdür, qız əvvəlcə onları zibillə səhv salaraq az qala atacaqmış...

Deməli, SİA-nın məlumatına görə, Meksikada bir speleoloq və yerli bələdçi Tlayokok mağarasında 500 il yaşı olduğu təxmin edilən artefaktlar aşkar edib.

Deyildiyi kimi, qız əvvəlcə zibil hesab etdiyi 14 qəribə obyektlə qarşılaşıb. Lakin sonradan onları araşdırdıqdan sonra o, tapıntını Meksika Milli Antropologiya və Tarix İnstitutunun alimlərinə göstərmək qərarına gəlib.

Nəticədə məlum olub ki, fallik formalı artefaktlar məhsuldarlıq rituallarında istifadə olunurmuş.

Mağaraya çatdıqdan sonra tədqiqatçılar dörd qabıq bilərzik, bəzədilmiş nəhəng ilbiz qabığı, iki daş disk və onların altı parçası, eləcə də yanmış taxta parçası aşkar etdilər.

Qolbaqlar stalaqmitlərin üzərinə qoyulmuşdu, arxeoloqların fikrincə, bu, fallik simvolizmi və məhsuldarlıq ayinləri ilə əlaqəni göstərir.

Tapıntılar oyma simvollarla, o cümlədən S şəkilli "xonecuilli" işarəsi və tanrı Quetzalcoatl'ın təsviri ilə bəzədilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə