Təqaüdçü qonşu pişiyini yedizdirdiyinə görə cəzalandırılıb...

...İsveçrənin Sürix şəhərində ev heyvanını qanunsuz olaraq mənimsəməkdə ittiham olunan 68 yaşlı qadın məhkəmə qarşısına çıxıb. Prokurorluğun məlumatına görə, təqaüdçü İsveçrədə cinayət kimi təsnif edilən qonşularına məxsus Leo adlı pişiyi sistemli şəkildə bəsləyib.

SİA-nın məlumatına görə, istintaq müəyyən edib ki, qadın Leonun sərbəst girib-çıxması üçün evinə qəsdən ev heyvanları üçün qapı quraşdırıb.

Vaxt keçdikcə pişik onunla qalmağa başlayıb və sahiblərinə qayıtmağı dayandırıb.

Prokurorluq 3600 İsveçrə frankı məbləğində dayandırılmış cərimə və əlavə olaraq 800 frank cərimə tələb edib. Məhkəmənin izah etdiyi kimi, söhbət heyvandan getməyimizə baxmayaraq, qadının hərəkəti başqasının əmlakına qəsd kimi qiymətləndirilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə