Elektrik avtomobilləri daxili yanma mühərrikli avtomobilləri üstələyir

...Bu Skandinaviya ölkəsinin hökuməti ardıcıl siyasət sayəsində belə nəticələrə nail ola bilib. 20 ildən artıqdır ki, elektromobil sahiblərinə müxtəlif güzəştlər verilir.

SİA-nın məlumatına görə, Norveçin 2024-cü il üçün statistikasına görə, ölkədə satılan hər 10 avtomobildən 9-u elektromobildir.

Hökumətin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin alınmasını təşviq edən ardıcıl siyasəti sayəsində yollarda elektriklə işləyən avtomobillərin ümumi sayı daxili yanma mühərrikli avtomobillərin sayını ötüb.

Norveç Elektrikli Avtomobil Assosiasiyasının rəhbəri Kristina Bu qeyd edib ki, hökumət bu siyasəti hələ 1990-cı illərdə həyata keçirməyə başlayıb, müxtəlif vergi güzəştləri və subsidiyalar sistemi tətbiq edib.

Eyni zamanda benzin və dizel mühərrikli avtomobillərin sahibləri daha çox vergi ödəyirdilər.

Bu gün yerli sakinlər arasında ən populyar avtomobillər Tesla Model S Plaid, Volkswagen ID, Ford Mustang Mach-E və başqalarıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə