“Mirvari suyu” əməliyyat olunduqdan sonra heç bir fəsad qalmır - OFTALMOLOQ AÇIQLADI

“El arasında “mirvari suyu” adlandırılan xəstəlik anadangəlmə olur. Ana bətnində keçirilmiş müəyyən xəstəliklər buna səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Paşa Qəlbinur bildirib.

Onun sözlərinə görə, eyni zamanda genetik xəstəlik kimi də dəyərləndirilir. Hansı ki, nəsildə bu problem olur və uşağa da keçir.

İnsanların müəyyən ziyanlı müəssisələrdə işləməsində göz də bu xəstəliyin baş qaldırmasına səbəb kimi göstərilə bilər. Hazırda isə daha çox yaşlı insanlarda rast gəlinən xəstəlikdir.

Xəstəliyin müalicəsi üçün müəyyən dərman pereparatlarından və s. istifadə olunur. Lakin indiyə kimi dərman müalicəsinin bu xəstəlik üzərində bir xeyrini görməmişəm. Xəstəliyin aradan qaldırılması üçün ən yaxşı yol əməliyyatdır. Hansı ki, hazırda texnologiya o qədər inkişaf edib ki, bu əməliyyatlar çox sadə şəkildə aparılır. Yəni heç bir ağrı hiss olunmur. Əməliyyat olunduqdan sonra isə heç bir fəsad qalmır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə