Çində gündəlik koronavirusa yoluxma hallarına görə daha bir antirekord qeydə alınıb. Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin 11 aprel 2022-ci il bazar ertəsi verdiyi məlumata görə, gündə 27 595 yeni yoluxma halı aşkarlanıb ki, bu da bütün pandemiya dövrü ərzində ən yüksək rəqəm hesab olunur. Bəs bu vəziyyət Azərbaycana necə təsir edəcək?
SİA məsələ ilə bağlı həkim infeksionist Namiq Nəbiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, hələ koronavirus ölkəmizdə mövcuddur: "Yəni o hələ bizdən getməyib. Gündəlik yeni yoluxmalar az da olsa var. Bu da o deməkdir ki, yoluxma sayında yenidən artım ola bilər və olacaq".
Həkim sözlərinə belə davam edib: "Əgər qapalı yerlərdə maskasız olsaq bu yoluxma sayına ciddi təsir edəcək. Biz dəfələrlə demişik ki, yoluxma sayının azalması hələ o xəstəliyin yox olması demək deyil. Ona görə də qapalı yerlərdə maskadan istifadə etmək məsləhətdir və vacibdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB