"Mövsüm allergiyasına eyni zamanda polinoz deyilir. Mövsümlə əlaqədar başlayan polinoz təxminən fevral ayının sonlarına qədər davam edir". Bu sözləri SİA-ya açıqlamasında allerqolok Aytəkin Həsənzadə deyib.
Onun sözlərinə görə, şikayətlər çiçəklənmənin başlanması ilə əlaqədar gözlərdə qaşınma, sulanma və qızarma, burun tutulması, asqırma, astma tutmalarının artması, dəri quruması və s. ola bilər: "Səbəbkar amili aşkarlamaqdan ötrü dəri sınağı lazımdır. Bu sınaq ərzində mövsümü əhatə edən çiçək tozcuqları dəriyə damızdırılaraq nəzarət altında 15 dəqiqə gözlənilir. Testin nəticəsi dəyərləndirilir və dermatik müalicə ilə şikayətlər aradan qaldırılır".
Aytəkin Həsənzadə sözlərinə belə davam edib: "Mövsümü rahat keçirmək, xəstənin həyat şəraitini yaxşılaşdırmaq üçün simptomatik müalicə aparıla bilər. Əgər köklü müalicə istəyirlərsə, o zaman allergiya üçün spesifik immun terapiya təklif olunur. Xəstənin şikayətlərinin bitdiyi aydan başlayaraq, növbəti ilin həmin şikayətlər başlayan ayına qədər müalicə kursu tətbiq edilir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB