Hansı qidaları soyuducuda saxlamaq olmaz? - DİQQƏT!

Soyuducu müasir həyatın ən praktik ixtiralarından biridir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, saxlama xüsusiyyəti sayəsində bir çox qidanı uzun müddət xarab olmadan istehlak edə bilərik. Müəyyən bir temperatur aralığından aşağı olması səbəbindən pisləşmə dövrünün gecikdirilməsi ən dəqiq istehlakı əldə etməyə imkan verir. Ancaq bəzi qidaları soyuducuda saxlamaq olmaz.

Bəs bu qidalar hansılardır?

1. Sarımsaq - Antibakterial təsirə malikdir. Onu soyuducuda saxladıqda bu xüsusiyyətin tam əksinə olaraq bakteriya əmələ gətirməyə başlayır.

2. Bal, cem və ya fındıq əzməsi - Xüsusilə səhər yeməyi süfrələrini şirinləşdirən bu qidalar uzun müddət saxlanıla bilməsi üçün tez-tez soyuducuya qoyulur. Lakin şirin qidalar soyuducuda saxlandıqları müddətdə öz üzvi xüsusiyyətlərini, həm axıcılığını və dadını itirir.

Qeyd edək ki, bu qidalarla yanaşı kofe, pomidor, kartof, çiyələk, avakado, banan və s. qidalar da soyuducuda uzun müddət saxlanıldığı zaman öz dadını və keyfiyyətini itirir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə