Dölün inkişafı üçün bu addımlar mütləq atılmalıdır? - VACİB MƏQAMLAR - GİNEKOLOQ AÇIQLADI

"Hamiləlikdə qidalanmanın rolunun olması təbidir. Çünki ana bətnində mayalanmadan tutmuş, son dövrə qədər körpə ananın orqanizmindən qidalanaraq böyüyür". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.
Onun sözlərinə görə, ana gündəlik körpəyə lazım olan vitamin və mineralları qəbul etməsə dölün də inkişafında əksiklik olacaq: "Bu mineral və vitaminlərə olan tələbat haqqında məlumat internetdə də var. Məsələn, bu vitamin və minerallar hansı qidanın tərkibində var və nə qədər yemək lazımdır kimi məlumatları bilməyimiz də vacibdir. Bu vitamin və mineralları normal olaraq ala bilmədiyimiz üçün onlardan istifadə edirik ki, inkişaf yaxşı getsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə