Virusun artması yenidən qapanmalara səbəb olacaq? - DİQQƏT! - HƏKİM AÇIQLADI

“Azərbaycan artıq 2 ildir ki, Covid-19 pandemiyası ilə mübarizə aparır. Son aylarda isə yoluxma saylarının kəskin şəkildə artması müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, ötən günlərə nisbətən yoluxanların sayı getdikcə azalır: “Yalnız statistik rəqəmlərdə deyil, xəstəxanalarda da bu vəziyyəti əyani şəkildə görmək mümkündür. Yoluxma sayının çox olmasına baxmayaraq, aktiv xəstələrin çoxu ev şəraitində müalicə olunur. Həmçinin digər dalğalarda gördüyümüz mənzərəyə indiki dövrdə rast gəlmədik. Çünki "Omikron" ştammı yüngül simtoplara malikdir. Buna görə də xəstəxanalara ehtiyac qalmayıb.

3-cü doza vaksin prosesinin həyata keçirilməsi artıq yay aylarından başlamışdır. Fevral ayının 15-dən başlayaraq isə 3-cü doza vurdurmayan şəxslərə bəzi məhdudiyyətlər qoyulacaq. Vaksin xəstələrin sayını azaltmır. Sadəcə olaraq xəstəxanaya yatış sayını azaldaraq peyvənd olunmuş şəxslərin virusa yoluxduğu zaman yüngül şəkildə keçirməsinə, ölüm sayının azalmasına kömək olur. İnsanlar qorunmaq üçün vaksinlə yanaşı, gigiyena qaydalarına, ara məsafəsinə riayət etməlidirlər".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə