Vaksin sertifikatı olmayanlara xəbərdarlıq - HƏKİM DETALLARI AÇIQLADI

“Azərbaycanda xeyli bir müddətdir ki, 3-cü doza vaksin prosesinə başlanılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millək vəkili, həkim Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə bir çox uğurlar əldə edilib: “Fevral ayının 15-dən başlayacaq bu proses indiyənə qədər 3-cü dozanı almayan insanlar üçün keçərlidir. Əgər 3-cü dozanı almayan insanların əvvəldən qəbul etdiyi 2 doza ləğv olunacaq. Lakin 3-cü dozanı 15-nə qədər almış insanlar isə artıq müddətsiz peyvənd sertifikatı əldə edəcək. Yəni bu proses artıq başlanmış bir işin davamıdır. Həmçinin bu proses insanların peyvəndlənməsi və dövlətin verdiyi imkanlardan istifadə etmək üçün səfərbər xarakteri daşıyır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə