Epidural doğumun mənfi və müsbət tərəfləri nələrdir? - HƏKİM AÇIQLADI

“Epidural doğum beldə xüsusi bir nahiyəyə vurulan iynə nəticəsində yerli keyləşdirmədir. Yəni, bədəndə ağrı ola biləcək sahənin keyləşdirilməsi, həmin sancının hiss olunmaması üzrə doğum çox rahat keçir”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, bu variantda xanımlar doğum sırasında heç ağrı hiss etmirlər: “Bu dözümsüz qadınlara daha çox məsləhətdir. Çox rahat bir metodur. Həmçinin, anaya və uşağa da heç bir yan təsiri olmur”.

Həkim sözlərinə belə davam edib: “Dərman ağız yolu ilə alınmadığı, bədəndə xüsusi bir bölgəyə vurulduğu üçün ancaq yerli təsir göstərir. Lakin bəzi xəstələrdə nadir hallarda ürəkbulanması verə bilir. Bu barədə də xəstə öncədən məlumatlandırılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə