Qulaqdakı dəliklər insan sağlamlığına nə dərəcədə təsir edir? -NEVROPATOLOQ AÇIQLADI

“Qədim Çin təbabətinə görə, qulaqda xüsusi nöqtələr var. Hansı ki, bu nöqtələr bizim orqanizmimizlə əlaqəlidi. Həmçinin, həmin nöqtələr müəyyən funksiyaları yerinə yetirirlər”. Bu sözləri SİA-ya açıqlamasında nevropatoloq Röyanə Quluzadə bildirib.

Onun sözlərinə görə, qulaqda olan xüsusi nöqtələrə iynə batırmaqla bir sıra xəstəlikləri müalicə etmək olur. Bu müalicə növü Aurikulopunktura adlanır. Bu, yalnız qulaqda yerləşən nöqtələrlə müalicə etmək deməkdir. Müasir dövrümüzdə xüsusilə də, xanımlar qulağın müəyyən nahiyələrində və qığırdaqda dəliklər açdırırlar. Bunlar pirsinq adlanır. Sübutlu təbabət deyilən sahə var ki, dünyanın qəbul etdiyi tədqiqatlara və onların nəticəsinə yönəlmişdir. Sübutlu təbabətə əsasən, pirsinqlər insanın sağlamlığında problemlərə yol açmır. Lakin digər alternativ təbabət sahələrinə və Çin təbabətinə inanıb onu öz həyatında tətbiq edənlər deyirlər ki, qulağın xüsusi nöqtələrinə dəlik açdırdığımız zaman bir sıra orqanlarımıza ziyan vura bilər. Amma sübutlu təbabətdə bunu təsdiq edən heç bir əsas yoxdu”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə