"Omikron" insanlara necə təsir edir? -HƏKİM AÇIQLADI

“Yoluxma hallarında artımın baş verməsi gözlənilən hal idi. Çünki “Omikron” ştammı daha çox yayılma qabiliyyətinə malikdir. Hal-hazırda da, aktiv xəstə sayı 6 min üzərində müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün gigiyenik qaydalara, ara məsafəsinə və maskanın taxılmasına ciddi riayət olunmalıdır: “Bununla yanaşı, peyvədlər vurulmalıdı. Onu da qeyd etmək istərdim ki, yoluxma sayı artsa belə, bu xəstəlik yüngül formada keçir. Yüngül formada keçməsinin əsas səbəbi daha əvvəl xəstəlinib sağalmış insanların və peyvənd vurduran şəxslərin sayının çoxluğudur. Yoluxma nə qədər çox olsa da, xəstəxanaya yatış ehtiyacımızı azaltmaq lazımdır. Çünki ölüm riski nə qədər aşağı olarsa, yolxumanın artması bir o qədər də təhlükəli olmaya bilər. Yəni önəmli olan xəstəxanaya yatışı azaltmaqdı. Bu da ancaq fərdi gigiyena və müəyyən qaydalara əməl olunma nəticəsində aradan qalxa bilər. Bildiyiniz kimi, fevralın 15-dən 3-cü doza vaksin prosesi baş tutacaq. İnsanlara tövsiyə edərdim ki, 3-cü dozanı vurdursunlar. Fikrimcə, qapanmalar yalnız xəstəxanalarda yer çatışmazlığı nəticəsində baş verə bilər. Lakin əks-təqdirdə qapanma gözlənilmir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə