Karantin rejimi sərtləşdirilir? - HƏKİM AÇIQLADI

Ötən gün Səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da "Omikron" ştammına yoluxmalar artır. Eyni zamanda, nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualları da cavablandırıb. SİA məsələ ilə bağlı həkim infeksionist Namiq Nəbiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, son vaxtlar aktiv xəstə sayında artımlar qeyd edilir: "Omikron ştammı çox sürətlə yayıldığı üçün belə fikirlər səslənir. Müşahidələr göstərir ki, son vaxtlar bizdə də omikron ştammı ilə xəstə sayı artır".

Həkim sözlərinə belə davam edib: "Əgər xəstə sayı 2000-dən yuxarı olarsa, o zaman qapanmalara gedilə bilər. Ancaq peyvənd olunma məsələsi çox ciddiliyi ilə davam etməlidir".

Namiq Nəbiyev

Bütün xəbərlər Facebook səhifəmizdə