Gözlərinizi şüalardan ən asan yolla BU CÜR QORUYA BİLƏRSİNİZ - HƏKİM İZAH ETDİ

"Müasir dövrdə istifadə olunan texnologiyaların, kompüterlərin, televizorların şüalarının gözə təsirləri iki cür nəticələnə bilər. Bu nəticələrə quru göz sindiromunun əmələ gəlməsi və gözdə akkomadasiya spazmının əmələ gəlməsini göstərmək olar". Bu sözləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Qurban İsmayılov deyib

Qurban İsmayıl bu barədə fikirlərini belə izah edib: "Müasir dövrdə kompüterdən yaxından çox istifadə edildiyinə görə göz almasının qırpılması və açılması ləngiyir. Beləliklə, yuxarı və aşağı göz qapaqlarının bağlanması nəticəsində gözün nəmlənməsi azalır. Bununla da gözdə quru göz sindromu əmələ gəlir. Yaxud da uzun müddət göz almasının yaxına akkomadasiyası, yəni göz almasının yaxına baxması gözdə akkomadasiyanı təşkil edən billurun üstündə olan kipirli cismdən bağlanmış sim bağlarını yorur. Bu isə akkomadasiyanın spazmı adlanır. İstər quru göz sindromu, istərsə də akkomadasiyanın spazmı olsun müasir dövrdə müalicə olunur. Əgər xəstədə quru göz sindromu varsa da təbii ki, şirmel sınağından sonra quru göz sindromu təsdiq olunubsa, xəstəyə süni göz yaşları tətbiq olunur. Əgər xəstədə akkomadasiyanın spazmı varsa, xəstəyə spazmı götürən dərman vasitələri tətbiq olunur. Akkomadasiya spazmının digər müalicə üsulu xəstənin ən azından, tutaq ki, bir saat işlədikdən sonra 3-5 dəqiqə uzaq məsafəyə baxması ilə həyata keçə bilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə