Ürək xəstəliyi riskini azaldan məhsul...

Ürək xəstəliyi riskini azaldan məhsul...

ABŞ Kardiolologiya Assosiasiyasının alimləri nə qədər duz qəbulunun ürək-damar xəstəliklərinin inkişaf riskini artırdığını müəyyən ediblər. Tədqiqatın nəticələri "Yeni İngiltərə" tibb jurnalında dərc olunub.

Həkimlər on min iştirakçının sidik analizlərini "doza-cavab" prinsipi ilə qiymətləndiriblər. Sınaqdan keçirilənlərin orta yaşı 50-dir. Təcrübədə bərabər sayda qadın və kişi iştirak edib.

Toplanmış məlumatların təhlili göstərib ki, ürək-damar xəstəliyinin 571 halı birbaşa yüksək natrium və aşağı kalium qəbulu ilə bağlıdır.

"Rasionda duzun miqdarının çox olması ürək xəstəliynin inkişaf riskini 18 faiz artırıb", - deyə təcrübə keçirən alimlərdən biri, Harvard İctimai Səhiyyə Məktəbinin elmi işçisi Yuan Ma bildirib.

Mütəxəssislər gündəlik natrium qəbulunun təhlükəsiz dozasını müəyyənləşdirmək üçün təkrar daha dəqiq ölçmələr aparmağı planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня