Qan qrupu sağlamlığa təsir edirmi? - DİQQƏT!

​Qan qruplarının insan sağlamlığı ilə bağlı olub-olmadığı ağıllarda hər zaman bir sual işarəsi olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərədəki bir araşdırma, bəzi kritik xəstəliklərin qan qrupu ilə əlaqəli ola biləcəyini göstərib. Araşdırmanın nəticələrinə görə, qan qrupları qan təzyiqi, yoluxucu xəstəliklərin inkişaf ehtimalı və xərçəng riski də daxil olmaqla bir çox xəstəliyin səbəbi ola bilər.

​London Universitetinə bağlı olan “Royal Holloway Universiteti”ndə edilən bir araşdırmada, qan qruplarının qan təzyiqi, yoluxucu xəstəliklərin inkişaf ehtimalı və xərçəng riski də daxil olmaqla bir çox xəstəliyin səbəbi ola biləcəyi ifadə edilib. Araşdırmada, qan qrupunu təyin edən genlərin beyində CVT adlı qan laxtalanma riski ilə əlaqəli olduğu bildirilib. Tədqiqatçılar, 882 nəfər üzərində aparılan araşdırmada, AB qan qrupu olan insanların CVT riskinin digər qruplara nisbətən orta hesabla 5.6 dəfə, 0 qan qrupu olan insanların isə yarı-yarıya daha az olduğunu bildiriblər.

​ABŞ -da son illərdə aparılan bir araşdırmada, AB qan qrupu olan insanların ürək xəstəliyinə tutulma ehtimalının yüzdə 23, B qrupu olanların isə O qrupuna nisbətən yüzdə 11 daha çox olduğu vurğulanıb.

​Başqa bir araşdırmada, O qan qrupu olan insanların hava çirkliliyi kimi ətraf mühit faktorlarına daha çox müqavimət göstərdikləri və infarkt keçirmə ehtimallarının daha az olduğu vurğulanıb.

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə