Ürək və beyin düşündüyümüzdən daha çox "bağlıdır" - MARAQLI

Kembric Universitetinin tədqiqatçıları depressiya və ürək xəstəlikləri arasında bir əlaqə tapıblar. Araşdirmaya görə, depresiya əlamətləri göstərənlərin ürək xəstəliyi və ya insult keçirmə ehtimalı daha yüksəkdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kembric Universitetindən olan elm adamları ürək və qan dövranı xəstəlikləri olmayan iki ayrı araşdırmaya yazılan yarım milyon insanın sağlamlıq qeydlərini təhlil ediblər.

İştirakçılardan əhvallarını qiymətləndirmək və 1-2 həftə ərzində depressiya əlamətləri göstərib-göstərməmələri istənib. İştirakçılar cavablarına görə 5 qrupa bölünüb. Tədqiqatçılar, ən ağır depressiya simptomlarını bildirən insanların ürək xəstəliyi və ya insult keçirmə ehtimalının daha yüksək olduğunu aşkar ediblər.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə