Covid-19-la bağlı əks göstəriş sertifkatı kimlərə verilir? - DİQQƏT! - HƏKİMLƏR DETALLARI AÇIQLADI
“Bir qrup vətəndaş ümumi sağlamlıq vəziyyəti, orqan çatmazlığı, immunoloji xəstəliklərlə bağlı və s. peyvənd oluna bilməzlər”. Bunu SİA-ya açıqlamasında uroloq həkim Vasif İsmayıl deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı əks göstəriş sertifikatı vətəndaşlara xidmət sahələrindən istifadə etmək imkanı verəcək: “Əlbəttə bu hal müəyyən risk daşıyır. Amma bu qrup vətəndaşların nisbəti çox kiçik olduğu üçün cəmiyyətə böyük təhlükə ərz etmir. Bəzi insanların immonoloji problemləri var. Onlar immonoloji dərmanlar qəbul edir. Ümumiyyətlə bu şəxslərə peyvənd vurmaq olmaz. Məsələn, onkoloji xəstələr, böyrək xəstələrinə peyvənd vurulması doğru deyil”.

“Bildiyiniz kimi ayın 9-dan peyvəndlənmə işindən azad olanlar yaşadıqları ərazi üzrə allergiyaya meyilli olmaqla bağlı əsaslandırılmış sənədlər gətirirlərsə, bu insanlar peyvəndləşmə işindən kənarda qala bilər”. Bu fikirləri isə həkim-infeksionist Namiq Nəbiyev deyib.
Onun sözlərinə görə, sözügedən sertifikat üçün Səhiyyə Nazirliyinin verdiyi sərəncama əsasən bu xəstələr xüsusi yerlərə müraciət edəcək: “Burada komissiya yaradılacaq və peyvəndlənmə olunmaması ilə bağlı sertifikatlar veriləcək. Bu sertifikatlar digər dövlətlərə getməyə imkan verəcək. Eyni zamanda bu sənəd sayəsində Azərbaycan daxilində hərəkət mexanizminə icazə veriləcək. Allergiyası olanlar, həssaslığı olanlar, hamilə qadınlar və bu qrupdan olan digər insanlar yaşadıqları ərazidən arayış alaraq və Səhiyyə Nazirliyinin əsasında yaradılan komissiyalarda təsdiqləndikdən sonra əks göstəriş sertifikatı veriləcək. Bu sertifikatlar tamamilə əsaslı bir şəkildə veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB