Vaşinqton: Rusiyaya qarşı sanksiyalar yumşalmayacaq

Vaşinqton: Rusiyaya qarşı sanksiyalar yumşalmayacaq

Vaşinqton administrasiyası Rusiyaya qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin yüksək rütbəli nümayəndəsi bəyan edib. "Biz Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmaq niyyətində deyil. Əksinə, sanksiyaların sərtləşməsi məsələsinə baxıla da bilər. Prezident Tramp sanksiyaları qüvvədə saxlamaq niyyətindədir. Prezident sanksiyaların ləğvinin şərtləri barədə açıq-aydın bildirib".

Bütün xəbərlər Facebook səhifəmizdə