15 yaşa qədər uşaqların əsas ölüm SƏBƏBİ

15 yaşa qədər uşaqların əsas ölüm SƏBƏBİ

"Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov B.ƏEyvazov adına ET Hemotologiya və Transfiziologiya İntitutunun hesabat konfransında deyib.

Qanın bədxassəli xəstəliklərinin müasir təbabətin ən aktual problemlərindən olduğunu deyən baş hemotoloq dünyada bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir: "Uşaq və gənc yaşlara bədxassəli şişlərdən ölüm hallarının 50 faizə yaxın olması diqqəti cəlb edir. Narahatedici amillərdən biri də odur ki, 15 yaşa qədər olan uşaqlar arasında qanın bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir".

Ç. Əsədov vurğulayıb ki, qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicənin xəstələr üçün ağır maddi yük olması onu sosial əhəmiyyətli xəstəliklər hesab etməyə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə