"Bu gün ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1700-1800 çağırış daxil olub". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
Baş həkim bildirib ki, bəzən elə olur ki, çağırışların sayı gün ərzində 2000-ə yaxın olur: "Xəstələrin əksəriyyəti qan damar, sinir sistemi xəstəliklərindən şikayət edirlər. Həmçinin gün ərzində bir çox bədbəxt hadisələr də qeydə alınır. Əksəriyyəti isə avtomobil qəzaları ilə bağlı olur. Onu da deyim ki, bayram günlərində şikayətlərin sayı digər günlərlə müqayisədə bir qədər artıq olub. Təxminən 100-ə qədər çağırış çox olub. Buna səbəb isə bayram günlərində tibb müəssisələrinin əksəriyyəti işləməməsidir. Bununla da təcili yardımz müraciət edənlərin sayı artıb. Onu da deyim ki, hələlik avtomobil qəzaları qeydə alınmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB