Hərbi həkimlərimiz dünyada ilk nadir əməliyyat keçiriblər FOTOLAR
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkimlər dünyada ilk nadir əməliyyat keçiriblər. SİA-nın verdiyi məlumata görə, bu gün Baş Klinik Hospitalın ürək-damar mərkəzinin rəisi Anar Əmrah mətbuat konfransı keçirib.
Konfransda bildirib ki, sözügedən hospital Cənab Ali Baş komandanın xüsusi göstərişi ilə yaradılmış Ürək Mərkəzi 14 aydır ki, fəaliyyət göstərir: "Bu müddət ərzində mərkəzimizdə 450-ə yaxın Ürək və Damar əməliyyatı icra olunub. Bunlardan 200 açıq ürək əməliyyatı, 100 qapalı ürək əməliyyatı və 150 damar əməliyyatı uğurla həyata keçirilib. Əməliyyat olunan xəstələrimizin ən kiçiyi 11 aylıq və ən yaşlısı 81 yaşında olub və sevindirici haldır ki, keçirilən ürək əməliyyatlarında heç bir letal nəticə qeydə alınmayıb. Kəskin miokard infarktı ilə noyabrın 15-də müraciət etmiş 51 yaşlı Şahin Qurbanovda təcili angioqrafiya nəticəsində ektazik, yəni genişlənmiş tac damarın trombla tamam tutulması aşkar edilib. Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsinə və trombolitik müalicəyə baxmayaraq, nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə böyük idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizisi bu xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə tac arteriyasına tətbiq etdik və uğurlu nəticə əldə etdik. 12 saatlıq müalicədən sonra damarlara təkrar angioqrafiya ilə baxıldı və tromb ilə tutulmuş damarların tamamilə açılması məlum olub. Klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edildi və kafi vəziyyətdə evinə yazıldı. Sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər öz imzasını atıblar. Bu əməliyyatda yalnız azərbaycanlı həkimlər iştirak edib və xəstəmizə 35 min manata həyata keçirilib. Ancaq hərbiçilərimiz və onların ailələrinə pulsuz xidmət göstərilir".
Qeyd edək ki, SQ Klinik Hospitalın ürək-damar mərkəzinin rəisi Anar Əmrah konfransın sonunda Hərbi Hospitalın öz tibbi təminatı və kadrları ilə hər cür xəstə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarında olduğunu söyləyib: "Bu imkanları bizə yaratdığına görə, Ali Baş Komandan və cənab Müdafiə Nazirinə dərin minnətdarlığımızı bildiririk".


ə

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB