Dənizə yaxın evlər sağlamlığa necə təsir edir? - HƏKİM AÇIQLADI

Dəniz kənarında yaşamaq bir çox insan üçün sadəcə rahatlıq və gözəl mənzərə demək deyil. Mütəxəssislərin fikrincə, dəniz havasının insan sağlamlığına da mühüm faydaları var. Xüsusilə tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün dəniz iqlimi daha faydalı hesab olunur. Bəs dənizə yaxın ərazilərdə yaşamaq insan orqanizminə necə təsir edir?

Mövzu ilə bağlı SİA-ya terapevt hepatoloq Sevinc Abasova danışıb.

O bildirib ki, dənizə yaxın ərazilərdə yaşamağın sağlamlığa müsbət təsirləri var:

“Xüsusilə dəniz havası və onun tərkibində olan faydalı mikroelementlər insan orqanizminə yaxşı təsir göstərir. Dəniz havası yodla zəngin olduğu üçün xüsusilə tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydalıdır.

Məsələn, bronxial astması, xroniki obstruktiv ağciyər xəstəliyi və ya xroniki bronxiti olan insanlar dəniz kənarında olduqda oranın havası onların tənəffüs sisteminə müsbət təsir göstərir. Hətta belə insanlar dəniz kənarında 1-2 ay vaxt keçirdikdə, bu təsir uzun müddət davam edə bilir və il ərzində xəstəliyin kəskinləşmə halları daha az müşahidə olunur. Yəni xəstəlik remissiya dövrünə keçir və insanlar özlərini daha rahat hiss edirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə