"Heç bir sübut yoxdur" - ÜST hantavirusla bağlı məlumat yaydı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kruiz gəmisində epidemiyaya səbəb olan hantavirusun mutasiyaya uğraması, daha yoluxucu və ya təhlükəli formaya keçməsi ilə bağlı hazırda heç bir sübutun olmadığını bəyan edib.

“The Hill” nəşrinin yazdığına görə, ÜST-nin Epidemiya və Pandemiyalara Hazırlıq Departamentinin direktoru Mariya Van Kerkhove bildirib ki, genetiklər hazırda yoluxmuş sərnişinlərdən götürülmüş virus nümunələrini yaxından analiz edirlər.

"Mütəxəssislər virusun daha yoluxucu olduğunu və ya xəstəliyin gedişatını ağırlaşdırdığını göstərən hər hansı bir dəyişiklik aşkar etməyiblər", - qurum rəsmisi vurğulayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə