Səhiyyə Nazirliyi Cəbrayılda bölgə sakinləri üçün tibbi-humanitar aksiya keçirib

Səhiyyə Nazirliyi "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu gün nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ixtisaslaşmış tibbi heyəti Cəbrayıl şəhərində növbəti tibbi-humanitar aksiya həyata keçirib.

Səfər çərçivəsində bölgə sakinlərinə konsultativ və profilaktik tibbi xidmətlər göstərilib. Tibbi heyətin tərkibində 6 mama-ginekoloq, 1 ultrasəs müayinəsi üzrə həkim, 1 neonataloq, 1 mama və 1 tibb bacısı yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə