Bədən tənəzzülə başlayır: həkim yaşlanmanın beş xəstəliyini müəyyən edib

Bəzi diaqnozlar təqaüdə çıxmazdan çox əvvəl yaşla bağlı dəyişiklikləri göstərə bilər...

...Bir sıra xroniki xəstəliklər qocalmanın başlanğıcını göstərə bilər.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə həkim Olqa Tkaçeva bildirib.

Mütəxəssisin sözlərinə görə, “qocalma xəstəlikləri” adlandırılanlara aterosklerotik ürək-damar xəstəlikləri, xərçəng, xroniki obstruktiv ağciyər xəstəliyi, əzələ-skelet patologiyaları və 2-ci tip diabet daxildir.

...Məsələn, aterosklerotik mənşəli ürək-damar xəstəlikləri, xərçəng, xroniki obstruktiv ağciyər xəstəliyi, əzələ-skelet xəstəliyi və ya 2-ci tip diabet gördükdə, bunun qocalma xəstəliyinin klinik təzahürü olduğunu deyə bilərik. Biz bunu orta hesabla 60 yaş ətrafında görməyə başlayırıq

Bunu deyən mütəxəssis əlavə edib ki, yaşla bağlı dəyişikliklər təkcə xəstəlik vasitəsilə özünü göstərmir.

Əzələlərin zəifləməsi və fiziki gücün itirilməsi kimi bədən funksiyalarının tədricən azalması da xəbərdarlıq əlaməti hesab olunur.

Bundan əlavə, qocalma prosesinin özü də adətən düşünüldüyündən daha tez başlayır.

Bədəndəki ilk dəyişikliklər 25-30 yaşlarında başlaya bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə