15 may 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalının AKT zalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium təşkil olunacaq.
Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlarının Dərnəyi (ATD) və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti (AzRAC) tərəfindən birgə həyata keçirilir.
Simpoziumun əsas məqsədi allerqologiya, immunologiya, toksikologiya və təcili tibbi yardım sahəsində son elmi yeniliklərin, müasir diaqnostik və müalicə yanaşmalarının müzakirəsi, həmçinin praktik təcrübə mübadiləsinin aparılmasıdır. Tədbirdə yerli mütəxəssislərlə yanaşı, müxtəlif tibb sahələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Simpozium çərçivəsində Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının immunoloqu, assistent Ləman Cəfərovanın “Xronik spontan övrənin müalicəsinə yeni yanaşma” mövzusunda çıxışı dinləyicilərə təqdim olunacaq. Məruzədə xronik spontan övrənin diaqnostik xüsusiyyətləri, müasir müalicə prinsipləri və klinik praktikada tətbiq edilən yeni yanaşmalar barədə ətraflı məlumat veriləcək.
Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur.
Simpoziumun Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilmişdir.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Simpoziumda iştirak ödənişsizdir. Yalnız region tibb işçiləri simpoziuma onlayn şəkildə qoşula bilərlər.
Hərkəs simpoziumda iştirak üçün dəvətlidir!
Qeydiyyat linki: https://forms.gle/8NdBeH7eTSmrMa2Y9
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB