15 may 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Elmi-Təcrübi və Tədris Mərkəzi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlarının Dərnəyi və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək.
Simpoziumun əsas məqsədi allerqologiya, immunologiya, toksikologiya və təcili tibbi yardım sahəsində çalışan mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinin aparılması, müasir diaqnostik və müalicə yanaşmalarının müzakirəsidir.
Tədbir çərçivəsində Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi Lalə Allahverdiyevanın “Allergen immunoterapiyanın (AİT) perspektivləri” mövzusunda məruzəsi təqdim olunacaq. Məruzədə allergik xəstəliklərin müalicəsində innovativ yanaşmalar, allergen immunoterapiyanın tətbiq imkanları və gələcək perspektivləri barədə ətraflı məlumat veriləcək.
Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur. Simpoziumun Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilmişdir.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Simpoziumda iştirak ödənişsizdir. Yalnız region tibb işçiləri simpoziuma onlayn şəkildə qoşula bilərlər.
Hərkəs simpoziumda iştirak üçün dəvətlidir!https://forms.gle/8NdBeH7eTSmrMa2Y9
Qeydiyyat linki: https://forms.gle/8NdBeH7eTSmrMa2Y9
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB