Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Vahid Sağlamlıq” mentorluq proqramına başlayır.
Bu barədə SİA-ya AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu proqramın məqsədi tələbələrin “Vahid Sağlamlıq” yanaşmasına uyğun hazırlanması, onların strateji düşünən və müasir çağırışlara cavab verən peşəkar mütəxəssis kimi formalaşdırılmasıdır.
Mentorluq proqramına seçilən iştirakçılar AQTİ-nin rəhbər şəxsləri və ölkənin aparıcı ekspertləri ilə birbaşa kommunikasiya imkanı əldə edəcəklər. 12 həftəlik inkişaf proqramı çərçivəsində iştirakçılara idarəçilik, elmi yanaşma və qlobal çağırışlara dair tövsiyələr təqdim olunacaq.
Təşəbbüs qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai səhiyyə sahələrində təhsil alan tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməklə, bu istiqamətlərdə gələcəkdə aparıcı rol oynaya biləcək yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasını hədəfləyir.
Proqram müddətində mentorluq görüşləri, texniki biliklərin inkişafı və praktiki tətbiqi, həmçinin tematik master-klasslar və sessiyalar iştirakçıların ixtisasına, ehtiyaclarına və motivasiyasına uyğun şəkildə təşkil ediləcək.
Müraciət, qiymətləndirmə və seçim prosesi şəffaf və obyektiv meyarlar əsasında aparılacaq. Namizədlər uyğunluq, motivasiya və rəqabət prinsipləri nəzərə alınaraq seçiləcəklər.
“Vahid Sağlamlıq” mentorluq proqramı haqqında ətraflı məlumatı AQTİ-nin rəsmi internet səhifəsindən öyrənmək mümkündür.
Proqrama müraciət yaxın günlərdə elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB