“Günəş qalxanabənzər vəzin xəstəlikləri üçün birbaşa əks göstəriş sayılmır. Elmi məlumatlara görə günəş nə zobun yaranmasına, nə də düyünlərin böyüməsinə səbəb olmur”.
Bu sözləri SİA-ya endokrinoloq Turan Bağırova deyib.

O bildirib ki, lakin bəzi klinik hallarda günəşə uzun və nəzarətsiz məruz qalmaq məhdudlaşdırıla bilər:
1. Hipertireoz zamanı
Qalxanabənzər vəz həddindən artıq aktiv olduqda orqanizmdə istilik istehsalı artır. Günəş və isti mühit bu vəziyyətdə ürəkdöyünmə, tərləmə və narahatlıq kimi simptomları gücləndirə bilər.
2. Graves xəstəliyi kimi autoimmun hallarda
İmmun sistem aktiv olduğu üçün bəzi xəstələrdə günəşə uzun müddət məruz qalma ümumi vəziyyəti pisləşdirə bilər. Bu, fərdi həssaslıqdan asılıdır.
3. Radioyod müalicəsindən sonrakı dövrdə
Müalicədən sonra orqanizm daha həssas ola bilər, buna görə qısa müddət günəşdən qorunmaq tövsiyə olunur.
Vacib qeyd:
Sağlam insanlarda və ya nəzarətdə olan zob zamanı günəşdən tam imtina lazım deyil. Əsas məsələ balansdır:
* uzun müddət birbaşa günəş altında qalmamaq
* xüsusilə 11:00–16:00 saatlarında ehtiyatlı olmaq
* orqanizmin həddindən artıq qızmasının qarşısını almaq
Günəş qalxanabənzər vəz üçün təhlükəli faktor deyil, lakin bəzi hallarda simptomları artıra bilər. Buna görə yanaşma fərdi və ölçülü olmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB