Zəngilan rayonunun Ağalı kəndində tibbi aksiya çərçivəsində 80 nəfərə xidmət göstərilib.
Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aksiya çərçivəsində ürək-damar, həzm sistemi, böyrək və endokrin xəstəliklərin erkən aşkarlanması istiqamətində geniş müayinələr həyata keçirilib. Müasir tibbi avadanlıqlardan istifadə olunmaqla elektrokardioqrafiya (EKQ) və digər zəruri diaqnostik prosedurlar tətbiq edilib.
Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə həkimlər tərəfindən ətraflı tibbi müayinələr aparılıb. Vətəndaşlar terapevt, kardioloq, endokrinoloq, qastroenteroloq və digər ixtisaslı mütəxəssislər tərəfindən qəbul edilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və fərdi tibbi tövsiyələr verilib.
Layihənin əsas üstünlüklərindən biri tibbi xidmətlərin birbaşa əhalinin yaşadığı əraziyə çatdırılması və onların paytaxt və digər iri şəhərlərə üz tutmasına ehtiyacın azalmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB