...Koroner ürək xəstəliyi çox vaxt aşkar simptomlar olmadan özünü göstərir və Rusiya vətəndaşlarının 80 faizində qəfil ölümün səbəbidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rusiyalı professor Yuri Lopatin bildirib.
Kardioloq izah edib ki, ən həssas əhali qruplarına hipertoniya və ya artıq çəkisi olanlar daxildir.
Ekspert həmçinin qeyd edib ki, yüksək risk qruplarına infarkt, ürək çatışmazlığı və ağır aritmiya tarixçəsi olan xəstələr daxildir.
Lopatinin sözlərinə görə, xəstədə şikayətlərin olmaması onların tam təhlükəsizliyinə zəmanət vermir, çünki patoloji proseslər uzun müddət ərzində gizli şəkildə inkişaf edə bilər. Professor bu ölümcül xəstəliyin inkişafına səbəb olan əlavə amillər kimi yüksək xolesterolu, siqaret çəkməyi, daimi stressi və müntəzəm məşq etməməyi göstərib.
Lopatin artıq çəki probleminə xüsusi diqqət yetirib.
O qeyd edib ki, bu gün ölkənin yetkin əhalisinin təxminən 25 faizi piylənmədən, 62 faizi isə artıq çəkili vəziyyətdədir. Kardioloq həmçinin ailə tibbi tarixini diqqətlə araşdırmağı tövsiyə edib.
Erkən ürək-damar patologiyaları və ya yaxın qohumlarda qəfil ölüm halları qəfil ürək dayanmasına genetik meylliliyi göstərə bilər.
Bu, müntəzəm tibbi monitorinq tələb edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB