Hansı xəstəlik dünyada ölümün əsas səbəbinə çevrilə bilər..?

Bütün ölkələr bu xəstəliklə mübarizəyə kifayət qədər diqqət və maliyyə ayırmır...

...Onkoloji xəstəliklər yaxın illərdə dünyada ölümün əsas səbəbinə çevrilə bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Mira Kaleffi bildirib.

...Xərçəngin artıq dünyada ölümün əsas səbəblərindən biri olmasına və 2030-cu ilə qədər ürək-damar xəstəliklərindən ölüm hallarını üstələməsi proqnozlaşdırılsa da, bir çox ölkələrdə xərçənglə mübarizə üçün lazımi siyasi və maliyyə diqqəti yoxdur. Nəticə etibarilə, bu, uzunmüddətli perspektivdə problemi daha da ağırlaşdırır, - deyə həkim izah edib.

O, Latın Amerikası ölkələrini nümunə kimi göstərib. Ekspertin fikrincə, orada bu xəstəliyin qarşısının alınmasına, diaqnozuna və müalicəsinə kifayət qədər investisiya qoyulmur.

Lakin xərçənglə mübarizə nisbəti daha yaxşı olan ölkələrdə bədxassəli şişlərlə mübarizə aparmaq üçün strukturlaşdırılmış yanaşma mövcuddur.

Onların sistemli müalicəsi, ixtisaslaşmış proqramları və bu sahədə daha çox mütəxəssisi və ixtisaslaşmış mərkəzləri var. Bütün bunlar göstəricilərə müsbət təsir göstərir və ölüm hallarını azaldır.

Kaleffi buna əmindir və onu sözlərinə görə, növbəti onillikdə xərçənglə mübarizədə əsas çətinlik diaqnoz və müalicəyə bərabər çıxış olacaq.

Buna görə də, profilaktika strategiyalarının hazırlanması çox vacibdir.

Yeri gəlmişkən, xərçəngin inkişafının ilkin və tez-tez nəzərə alınmayan əlaməti uzun müddətli istirahətdən sonra belə davam edən xroniki yorğunluq hissidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə