Ət alarkən bunlara DİQQƏT EDİN! - EKSPERT AÇIQLADI

Bəzən aldığımız dana əti 6–7 saat bişsə də yumşalmır, bəzən isə qısa müddətdə bişir və daha dadlı olur. Bu fərq əsasən ətin cavan və ya yaşlı heyvana aid olması ilə bağlıdır.

Bəs ət alarkən onun tez bişəcəyini, yəni cavan heyvana məxsus olduğunu əvvəlcədən necə müəyyən etmək olar?

Mövzu ilə bağlı qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov SİA-ya açıqlamasında bildirib ki, çox vaxt işbazlar qoca mal ətini “dana əti” adı altında satırlar:

“Mal ətində danaya nisbətən olein yağ turşuları çox olur. Mal ətinə baxanda, sarı rəngli yağ turşuları görünür. Amma dana ətində ağ rəng çalarında yağlar olur. Ətin rəngi açıq olmalı və qara-bənövşəyi tonlarda olmamalıdır. Gənc heyvanın əti daha tez bişir, qoca heyvanın əti 6-7 saat qaynadıqdan sonra yumşalır. Bizim mentalitetdə əti dinləndirmək yoxdur. Əti alan kimi gətirib bişiririk. Bu da əti bişirəndə sərt olmağına gətirib çıxarır. İribuynuzlu heyvanların əti ən azı 12 saat soyuducuda dinlənməlidir. Bu prosesdən sonra əti bişirdikdə, yumşaq olacaq. Əti etibarlı qəssablardan almaq lazımdır. Xüsusən də səhər gözünüzün qabağında kəsilən heyvanın ətini alsanız daha yaxşıdır. Çox vaxt əlində inək əti olur və müştəriyə həmin məhsulu “dana əti” adı altında satır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə