İshaldan böyrək daşlarına qədər...

Kişilər üçün həddindən artıq C vitamininin təhlükələri. Soyuqdəymə və digər xəstəliklərə qarşı effektivliyi hələ sübut olunmayıb.

...Bədəndə C vitamininin həddindən artıq olması xoşagəlməz sağlamlıq nəticələrinə səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə həkim Andrey Kondraxin “Ridus” portalına verdiyi müsahibədə Avstraliya biokimyaçılarının araşdırması ilə razılaşıb.

Alimlərin fikrincə, hipervitaminoz C ishal, ürəkbulanma, ağrılı qarın sancıları və kişilərdə böyrək daşları riskini artırır.

Həkim bu tapıntıları təsdiqləyib.

...Hipervitaminoz C həqiqətən də bu cür yan təsirlərə səbəb olur. Suda həll olsa da, bu vitaminin dozasını aşmaq hələ də qəbuledilməzdir, - deyə o bildirib.

Mütəxəssis həmçinin bildirib ki, artıq C vitaminindən yaranan fəsadlar bədənin ondan mümkün qədər tez qurtulmağa çalışması səbəbindən yaranır.

O izah edib ki, artıq C vitamininin böyrəklər vasitəsilə xaric olması sidik axınını pozur və oksalat daşlarının əmələ gəlməsinə səbəb olur.

Tədqiqatçılar həmçinin bildiriblər ki, C vitamini əlavələrinin soyuqdəymə, ürək-damar xəstəlikləri və ya xərçəngə kömək etdiyinə dair hələlik inandırıcı dəlil yoxdur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə