Mərkəzi Gömrük Hospitalında Qafqaz regionunda ilk dəfə olaraq Mitral klip əməliyyatı uğurla icra edilib
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və onun peşəkar komandası tərəfindən tibb sahəsində mühüm nailiyyətə imza atılıb. Belə ki, Qafqaz regionunda ilk dəfə olaraq Mitral klip əməliyyatı uğurla icra edilib.
Bu innovativ müdaxilə ürəyin mitral qapaq çatışmazlığından əziyyət çəkən və açıq ürək əməliyyatına şansı olmayan xəstələr üçün daha təhlükəsiz bir müalicə üsulu hesab olunur. Əməliyyat yüksək dəqiqlik, müasir texnologiya və böyük peşəkarlıq tələb edən mürəkkəb tibbi prosedurlardan biridir. Dr.İlqar Tahiroğlu və komandası bu çətin proseduru uğurla həyata keçirərək həm ölkəmizdə və Qafqaz regionunun tibb sahəsində yeni bir mərhələnin əsasını qoyublar.
Bu uğur Mərkəzi Gömrük Hospitalında tətbiq olunan müasir tibbi yanaşmaların, yüksək ixtisaslı kadr potensialının və innovasiyalara açıq inkişaf strategiyasının bariz nümunəsidir. Eyni zamanda, bu nailiyyət Azərbaycanın səhiyyə sisteminin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artdığını bir daha təsdiqləyir.
Bu əlamətdar uğur münasibətilə Dr.İlqar Tahiroğlunu və onun bütün komandasını təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB