DİQQƏT! Bu cür çay qan təzyiqini azaldır

Qara çay istehlakı hipertoniya riskindən qorunmağa kömək edə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, nütəxəssislər qara çayın sistolik qan təzyiqini azalda biləcəyini izah edib.

Sistolik qan təzyiqi arterial təzyiqin ən yüksək göstəricisidir. Onun normal səviyyədə saxlanılması ürək xəstəlikləri və insult riskinin ümumi azalmasında mühüm rol oynayır. Həkim qeyd edib ki, çayın tərkibində olan polifenollar qan damarlarının fəaliyyətini yaxşılaşdırır. Bu faydalı maddələr həmçinin bir çox meyvə, tərəvəz, tam taxıl məhsulları və qoz-fındıqda da mövcuddur.

Bundan əlavə, qara çayın tərkibindəki polifenollar həm ümumi, həm də zərərli xolesterinin səviyyəsini azaldır ki, bu da ateroskleroz inkişafının qarşısını almağa kömək edə bilər.

Araşdırmalara görə qara çayın tərkibində qan təzyiqini yüksəldə bilən kofein olsa da, bu içkinin qəbulu hipertoniya riskini təxminən 10 faiz azaldır.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə