...Rusiyalı həkim teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalının “Ən vacib şey haqqında” verilişində ən çox yayılmış dərman qəbulundakı səhvindən danışıb.
Həkim vurğulayıb ki, ən ciddi səhv həbləri səhv vaxtda və səhv dozada qəbul etməkdir.
O, xəstələrin təkcə dərmanları necə yazacağını deyil, həm də lazım gəldikdə onları dayandırmağı bilən mütəxəssisə müraciət etmələrinin vacib olduğunu vurğulayıb.
Myasnikov eyni zamanda çoxlu dərmanların bir anda yazılmasının təhlükəsini qeyd edib.
SİA-nın məlumatına görə, həkim Kardiologiya İnstitutunda işləyərkən çoxlu sayda resepti olan xəstələrlə rastlaşdığını deyib. Onun dediyinə görə, bəzən 16 müxtəlif həb qəbul edən xəstələrlə də rastlaşıb.
Həkim izah edib ki, bir insanın sağlamlığını riskə atmadan bir anda bu qədər həb qəbul etməsi fiziki cəhətdən mümkün deyil.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə