Dövri müayinələrin əhəmiyyəti

Dr.Nabil Seyidov: “Hər bir insan ildə ən az bir dəfə geniş spektrli tibbi müayinədən keçməlidir. Bu, həm həyat keyfiyyətini artırır, həm də ağır xəstəliklərin qarşısını almaqda vacib addımdır”.
Sağlamlıq, insanın həyatında əvəzolunmaz bir sərvətdir və bu sərvəti qorumağın ən effektiv yolu profilaktik tədbirlərə üstünlük verməkdir.Ürək-damar xəstəlikləri, şəkərli diabet, yüksək təzyiq, qaraciyər və böyrək pozuntuları kimi bir çox xəstəliklər ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edir. İnsanlar yalnız vəziyyət ağırlaşanda həkimə müraciət edirlər. Halbuki dövri tibbi müayinələr bu xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və vaxtında müdaxilə ilə sağlamlığın qorunması baxımından mühüm rol oynayır. Unutmaq olmaz ki, erkən diaqnoz – uğurlu müalicənin əsas şərtidir. Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov “Dövri tibbi müayinələrin əhəmiyyəti" mövzusunda ətraflı məlumat verib

Bütün xəbərlər Facebook səhifəmizdə