Yer üzündə insanların gözlənilən ömrünün artımı yavaşlayıb…

…Şərqi İngiltərə Universitetinin Norviç Tibb Məktəbindən professor Nik Stil bildirib ki, 1990-2011-ci illərdə sağlamlıqda irəliləyişlər gözlənilən ömür uzunluğunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub, lakin 2011-ci ildən sonra bu proses yavaşlayıb.

SİA xəbər verir ki, Şərqi İngiltərə Universiteti tərəfindən aparılan araşdırma 2011-ci ildən bəri Avropada gözlənilən ömür artımının yavaşladığını müəyyən edib.

…Buna pis qidalanma, qeyri-kafi fiziki aktivlik və piylənmə, həmçinin COVID-19 pandemiyası səbəb olub.

Tədqiqatın aparıldığı İngiltərədə yavaşlama ən əhəmiyyətli idi. Bu o deməkdir ki, insanlar valideynlərindən və babalarından daha tez ölməyə başlaya bilərlər.
Mütəxəssislər qocalığı uzatmaq üçün sağlam həyat tərzi keçirməyi və əhalinin sağlamlığını yaxşılaşdırmağı tövsiyə edirlər.

2011-2019-cu illərdə gözlənilən ömür uzunluğunun azalmasının əsas səbəbləri ürək-damar xəstəlikləri və piylənmə olub.

Bu xəstəliklərin müalicəsində irəliləyişlər düzgün olmayan qidalanma və fiziki fəaliyyətin olmamasının vurduğu zərəri kompensasiya etmək üçün kifayət etməmişdir.

Tədqiqatçılar Sağlamlığın Ölçüləri və Qiymətləndirilməsi İnstitutu (IHME) tərəfindən toplanmış 2021 Qlobal Xəstəlik Yükü məlumatlarını araşdırıb və 1990-2011, 2011-2019 və 2019-cu illər arasında Avropa ölkələri arasında gözlənilən ömür uzunluğu, ölüm səbəbləri və əhalinin risk faktorlarına məruz qalma nisbətlərini müqayisə ediblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə