“Melissa" qasırğası Atlantik okeanındakı adalara doğru irəliləyir

Atlantik okeanında formalaşan və Karib hövzəsinə doğru irəliləyən "Melissa" tropik fırtınası yaxın 24-48 saat ərzində güclənə bilər.

SİA-nın məlumatına görə, fırtına ABŞ-ın materik hissəsindən uzaqlaşacaq. Ancaq qasırğanın Haiti, Dominikan Respublikası, Kuba və Yamaykada güclü yağış, şiddətli külək və həyati təhlükəsi olan torpaq sürüşmələrinə səbəb ola biləcəyi gözlənilir.

Atlantik okeanında qasırğa mövsümü noyabrın 20-nə kimi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə